“Azərbaycan Hava Yolları” (AZAL) QSC yay uçuş cədvəli çərçivəsində iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə birbaşa reyslər yerinə yetirəcək. Bu barədə AZAL-ın məlumatında deyilir.
Uçuşlar sentyabrın 1-dək “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.
“Bundan başqa, AZAL yay uçuş cədvəli çərçivəsində iyulun 5-dən sentyabrın 15-dək Monteneqronun populyar kurortu olan Tivata birbaşa reyslər yerinə yetirəcək. Uçuşlar “Airbus A320” laynerləri ilə həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.*
N.Abbasova