2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 454 mln. 941,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 610,2 min nəfər (artım 1,7%), dəniz nəqliyyatı ilə 2,7 min nəfər (azalma 35,7%), hava nəqliyyatı ilə 475,7 min nəfər (artım 7,9%), metro ilə 56,44 mln. sərnişin (artım 1,9%) daşınıb.
Yanvar-mart aylarında avtomobil nəqliyyatı vasitələri ilə 397,412 mln. sərnişin (artım 1,4%), avtobuslarla 381 mln. 601,4 min sərnişin (artım 1,4%), taksi minik avtomobilləri ilə 15 mln. 811,3 min sərnişin (artım 2,5%) daşınıb.*
B.Rüstəmbəyov