2018-ci ilin I rübündə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 193 mln. 116,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,2% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 157 mln. 59,3 min manat (artım 40,3%) və ya bütün bazar üzrə sığorta haqlarının 81,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 63 mln. 307,6 min manat (artım 1,85 dəfə), qeyri-həyat sığortası üzrə sığorta haqları 93 mln. 751,7 min manat (artım 20,5%) təşkil edib.
I rübdə icbari sığorta növləri üzrə sığorta haqları 36 mln. 57,2 min manat (azalma 7%) təşkil edib.
Yanvar-mart aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 60 mln. 294,3 min manat (artım 0,003%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 44 mln. 436,5 min manat (azalma 6,2%) və ya bazar üzrə bütün ödənişlərin 73,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 26 mln. 711,8 min manat (azalma 13,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 17 mln. 724,7 min manat (artım 8,5%) məbləğində olub.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə ödənişlər 15 mln. 857,8 min manat (artım 22,4%) təşkil edib.*
N.Abbasova