Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu Əfqanıstandan Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə