Prezident İlham Əliyev və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya əlaqələrini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev və V.Gerasimov bu gün Bakıda hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələrini müzakirə ediblər, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, V.Gerasimov Bakıya işgüzar səfəri çərçivəsində NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparotti ilə görüşüb. Tərəflər NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti ilə bağlı məsələləri, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər.*
F.İsazadə