Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti ilə görüşünə Bakının ev sahibliyi ilə əlaqədar prezident İlham Əliyevə minnətdarlıq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«V.Gerasimov K.Skaparotti ilə görüşünə Bakının ev sahibliyi ilə əlaqədar prezident İ.Əliyevə minnətdarlıq edib», - deyə məlumatda qeyd olunur.
İ.Əliyev bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.*
F.İsazadə