Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti bu gün Bakıda keçirilən görüşdə dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə RF Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Qarşılıqlı maraq doğuran problemlərlə bağlı fikir mübadiləsinin aparılması üçün bu formatda dialoqun davam etdirilməsinə hazırlıq nümayiş etdirilib”, - deyə məlumatda bildirilir.*