2018-ci ilin I rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 49 mln. 766,2 min ton təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 79% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin yanvar-mart aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,5% artıb.
Hesabat dövründə dəmir yolu ilə 3,2 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 17% azdır.
Dəniz nəqliyyatı ilə 2 mln. 129 min ton (artım 11,1%), avtomobil nəqliyyatı ilə 29,5 mln. ton (artım 2,4%), hava nəqliyyatı ilə 50,8 min ton (artım 35,5%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 10 mln. 124 min ton neft (azalma 2,2%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov