“Azərsu” ASC bir sıra rayonlarda su təchizatı işləri və kanalizasiya sistemlərinin yenidənqurulmasına 15,5 mln. manatdan artıq vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərsu” 6 podratçı ilə müvafiq müqavilələr imzalayıb. Podratçı işlərinin ümumi dəyəri 15,53 mln. manat həcmində qiymətləndirilir”, - nazirlikdən bildiriblər.
İşlər Salyan, Şəmkir, Qax, Biləsuvar, Zaqatala, Balakən və Sabirabad şəhərlərində aparılacaq.
Müqavilələr “Tunel Tikinti Servis” MMC, “Akkord Hydrotechnical Construction” MMC, “Təmir Tikinti İstehsal” MMC, “Qlobus İnternational” MMC və “İnşaatçı-Neftçi” MMC şirkətləri ilə imzalanıb. **
B.Rüstəmbəyov