Vətəndaşlığın dəyəri indeksində (The Henley & Partners – Kochenov Quality of Nationality Index, QNI) mövqeyi bir qədər pisləşən Azərbaycan 110-cu yeri tutub.
«Azərbaycan vətəndaşlıq dəyəri indeksində 110-cu yeri tutub», - deyə indeksdə qeyd olunur.
2017-ci ilin indeksində Azərbaycan vətəndaşlığı 28,3% almaqla 2016-cı ilin göstəricisini təkrarlayıb.
2016-cı ilin reytinqində isə ölkə 107-ci yeri tutub.
«Bütövlükdə, son 5 il ərzində Azərbaycan vətəndaşlığının mövqeyi daxili və xarici amillər nəzərə alınmaqla 0,5% pisləşib», - deyə indeksdə bildirilir.*
F.İsazadə