2018-ci ilin I rübündə Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 13,2% - 421,9 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,7% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 71,6%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 302,1 mln. manatlıq (artım 8%) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 49,1%-i və ya 207,3 mln. manat (artım 9,2%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova