Tacikistan TicarətvəSənaye Palatasının sədri Şərif Səid və Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə Bakı ilə Düşənbə arasında iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə Tacikistan mətbuatı məlumat verir.
Tərəflər təqdimatlar, konfranslar, sərgilər, yarmarkalar, biznes forumların təşkili hesabına ticarət dövriyyəsi və əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunmaqda maraqlı olduqlarını qeyd ediblər.
“Hidroenerji resurslarından birgə istifadə, mədənçıxarma sənayesi, həmçinin ASK xammalın enmalı, meyvə-tərəvəz emalı üzrə mini-zavodların tikintisi, arıçılığın inkişafı və onların çəkilməsi və qablaşdırılması üzrəı istehsalın yaradılması birgə əməkdaşlığın perspektivli sahələrinə çevrilə bilər”, - mətbuat Ş.Səidin sözlərindən sitat gətirir.
O həmçinin meyvə şirəsi və içkilərin istehsalı, maşınqayırma məhsullarının tədarükü, avtomobillərin yığımı və ehtiyat hissələrinin birgə istehsalı və s. sahələrdə əməkdaşlığın qurulması imkanını qeyd edib.
Ş.Səid Tacikistanda ikitərəfli tərəfdaşlıq üzrə ticari-iqtisadi missiyaların təşkilinə hərtəfli yardım etməyə hazırlığını qeyd edib və Azərbaycanın biznes dairələrini cari ilin avqust ayında Düşənbədə keçirilməsi planlaşdırılan “Tacikistan-2018” Beynəlxalq univerasal sərgidə iştiraka dəvət edib.
Öz növbəsində H.Məmmədzadə iki ölkənin iş adamları arasında əməkdaşlığın qurulmasına yardım etməyə hazırlığını ifadə edib, Düşənbə ilə Bakı arasında birbaşa uçuşların təşkilinin vacibliyini vurğulayıb.
“Hazırda Tacikistanda artıq Azərbaycan şirkətləri fəaliyyət göstərir və bu təcrübə çox mühümdür”, - mətbuat H.Məmmədzadənin sözlərindən sitat gətirir.
O həmçinin iki ölkənin iqtisadiyyatlarının prioritet istiqamətlərində birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib. **
F.İsazadə