NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparotti Azərbaycanın terrorizmlə mübarizəyə önəmli töhfə verdiyini bildirib.
“Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır və biz ölkənizin terrorizmlə mübarizədə iştirakını yüksək qiymətləndiririk”, - deyə o, bu gün Bakıda müdafiə naziri səlahiyyətlərini icra edən general-polkovnik Zakir Həsənovla görüşdə qeyd edib.
K.Skaparottinin sözlərinə görə, Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir.
O, həmçinin azərbaycanlı sülhməramlıların Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərdiyi peşəkarlığı yüksək qiymətləndirib.
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.*
F.İsazadə