Azərbaycanda əhalinin qazlaşdırılma səviyyəsi 93,9%-ə çatıb. Bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov Energetika Nazirliyində kollegiya iclasında bildirib.
“Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsi 93,9%-ə çatdırılıb. 2018-ci ildə regionların qazlaşdırılması proqramı müvafiq təkliflər üzrə hazırlanıb. Proqrama respublikaının regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir”, - R.Qurbanov qeyd edib.
Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib. **
B.Rüstəmbəyov