Sabah Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdəki mənbə məlumat verib.
"Sabah parlamentin iclası keçiriləcək", - deyə mənbə bildirib.
O, iclasın gündəliyi barədə məlumat verməyib, lakin vurğulayıb ki, namizədliyi irəli sürülmüş yeni baş nazirin təsdiqlənməsi məsələsinə baxılacaq.*
Aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev qalib gəlib. Aprelin 18-dəİlham Əliyevin andiçmə mərasimi keçirilib. Andiçmə bitəndən sonra prezidentin imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi hökumətin əvvəlki tərkibinə həvalə edilib.*
A.Əzizov