Sahibkarlığa Kömək Milli Fondu cümə günü Aran iqtisadi zonasında shibkarlara 434 min manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Kreditlər heyvandarlıq, pambıqçılıq, bağçılığın inkişafı, meyvə qurudulması üzrə müəssisələrin yaradılmasına yönəldiləcək.
Ümumilikdə, indiyədək Aran iqtisadi zonasında sahibkarlara 13,7 min investisiya layihəsinin reallaşdırılmasına SKMF xətti ilə 568,5 mln. manat məbləğində güzəştli kredit ayrılıb.
Məlumatda qeyd olunur ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda SKMF xətti ilə sahibkarlı subyektlərinə 362 mln. manat ümumi məbl\ğində layihələrin reallaşdırılmasına 52,3 mln. manat həcmində güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 5,5 min yeni iş yerinin yaradılmasına imkan verir. **
B.Rüstəmbəyov