Sahibkarlığa Kömək Milli Fondu indiyədək Azərbaycanda istixana komplekslərinin yaradılmasına 203,6 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentltiyinə Fonddan məlumat verilib.
“Son bir neçə il ərzində SKMF Azərbaycanda 62 istixana kompleksinin yaradılmasına 203,6 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu layihələrin ümumi dəyəri 476 mln. manat təşkil edir”, - Fonddan qeyd ediblər.
Bu istixana komplekslərinin illik gücü 100 min ton tərəvəz təşkil edir.**
B.Rüstəmbəyov