“Baker Tilly” şirkəti Azərbaycan hökumətinin gəlirlərinə dair Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hеsаbatının auditinin həyata keçirəcək. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.
“Cümə günü Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın iclası keçirilib. İclasda 2017-ci il üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Baker Tilly” şirkəti qalib elan edilib”, - məlumatda deyilir.
Müsabiqədə həmçinin “Moore Stephens” və “Grant Thornton” audit şirkətləri iştirak edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin aprel ayında prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə aşağıdakı Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmasına dair fərman imzalayıb. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Komissiyanın sədri təyin olunub.
2017-ci ilin aprel ayında Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya 2016-cı il ərzində hasilat sahəsindən hökumətin gəlirləri üzrə hesabatın hazırlanmasına başlayıb. **
N.Abbasova