Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin 22-23 aprel tarixlərində Bakıda işgüzar səfərdə olacaq.
"M.Oreşkin aprelin 22-23-də Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq", - deyə İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məlumata görə, M.Oreşkin azərbaycanlı həmkarı Şahin Mustafayevlə danışıqlar aparacaq.*
A.Əzizov