Azərbaycan prezidenti İlham Əliyev Artur Rasi-zadəyə baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verir.
“Prezident İlham Əliyev Artur Rasi-zadəyə baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib”, - məlumatda deyilir.
A.Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, İ.Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. O, İ.Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb. **
N.Abbasova