Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Novruz Məmmədovun Azərbaycan Respublikasının baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Öncə Azərbaycan Milli Məclisi şənbə günü N.Məmmədovun Azərbaycan Respublikasının baş naziri postuna namizədliyini təsdiq edib.
İclasda iştirak edeən 113 deputat yekdilliklə N.Məmmədovun namizədliyini qəbul edib.
N.Məmmədov 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndindəanadan olub.1997-ci ildən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri olub. 2012-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini təyin olunub. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində
çalışıb. **
N.Abbasova