“İnterpol”un xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan parlamentinin sabiq deputatı Hüseyn Abdullayev Türkiyədə tutularaq Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Bu barədə yerli mətbuat məlumat yayıb.
“H.Abdullayev İnterpol tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib”, - KİV qeyd edir.
Qeyd olunur ki, sabiq deputat nazilriyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.
2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib. **
F.İsazadə