BP şirkəti “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
““Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işləri başa çatıb. Strukturda kəşfiyyat qazma işlərinə başlanması gözlənilir", - deyə o, bu gün Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda qeyd edib.
Vitse-prezident yaxın vaxtlarda D230 blokunun (Xəzər dənizinin Azərbaycan sektorundaŞimali Abşeronhövzəsində – İF) işlənməsi haqqında müqavilənin imzalanacağına ümidvar olduğunu deyib.*
B.Rüstəmbəyov