Azərbaycan yaxın 5 il ərzində Rusiyaya məhsulların ixrac həcmini 3 dəfə artırmağı nəzərdə tutur. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün jurnalistlərə məlumat verib.
“2017-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 22%, bununla belə Azərbaycan məhsullarının qonşu ölkəyə ixracı 42% artıb. 2018-ci ilin birinci rübünün yekunlarına dair ölkələrimiz arasənda ticarət dövriyyəsi 32% təşkil edib, Azərbaycandan ixracın həcmi 50% artıb”, - Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, bazar ertəsi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə gələcək əməkdaşlıq perspektivlərinə dair “səmərəli danışıqlar” aparıb.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan gələcək 5 il üçün istehsalın inkişafı üzrə planı Rusiya tərəfinə təqdim edib. “Biz 5 il ərzində Rusiyaya məhsul ixracının 3 dəfə artımına yönəlmişik”, - Ş.Mustafayev vurğulayıb. **
N.Abbasova