Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəyə Rusiya Federasiyasından turist axının artacağına ümid edir.
“2017-ci ildə Azərbaycana rusiyalı turistlərin sayı 800 min nəfəri ötüb. Bu çox aşağı göstəricidir və biz Rusiyadan Azərbaycana turistlərin sayının artımına çalışacağıq”, - Ş.Mustafayev bazar ertəsi Bakıda rusiyalı həmkarı Maksim Oreşkin ilə danışıqların yekunlarına dair bildirib.
Onun sözlərinə görə, “Rusiyadan Azərbaycana turistlərin sayının artımı üçün mühüm potensial mövcuddur”.
Azərbaycan tərəfinin məlumatına görə, 2017-ci ildə ölkəyə tuirist axını 2016-cı illə müqayisədə 2mln. 691,988 min nəfərdək artıb. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan turist səfər edib - 853,082 min nəfər (xüsusi çəki 31,6%).
2018-ci ilin birinci rübündə Azərbaycana səfər edən turistlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 12,6% - 627,835 min nəfərədək artıb. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan turistlər səfər edib - 171,814 min nəfər (xüsusi çəki - 27,4% - İF) və ötən ilin analoji dövrü ilə müqayisədə 7% artıb. **
N.Abbasova