Azərbaycan və Rusiya turizm və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıb.
Sənədlər bu gün Bakıda hər iki ölkənin iqtisadiyyat nazirləri Şahin Mustafayev və Maksim Oreşkinin görüşünün yekunları üzrə imzalanıb”, - deyə İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xüsusilə “Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın “Şimal Qafqaz Kurortları” ASC arasında əməkdaşlığa dair memorandum və “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.*
N.Abbasova