Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi nazirliyin kollektivinə təqdim edib.
“S.Babayev nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib”, - nazirliyin məlumatında deyilir.
O, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.
R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. **
F.İsazadə