Azərbaycan prezidenti İlham Əliyev 24-25 aprel tarixində Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat verib.
“2018-ci il 24-25 aprel tarixində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri baş tutacaq. İ.Əliyev Azərbaycan-TürkiyəYüksək Səviyyəli Strateji Əməkdaşlıq ŞurasınınVII iclasında iştirak edəcək, Türkiyə lideri ilə görüşəcək”, - məlumatda qeyd olunur.
Səfər zamanı tərəflər ikitərəfli əlaqələr, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Türkiyəyə səfər İ.Əliyevin prezident postina yenidən seçilməsindən sonar ilk səfəri olacaq. **
A.Əzizov