Özəl sektor 2017-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə 810,5 mln. manat məbləğində investisiya qoyub ki, bu da 2016-cı ilin göstəricisindən 27,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2017-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə investisiyaların ümumi məbləği 960,3 mln. manat (2016-cı illə müqayisədə artım 40,5% - İF) təşkil edib ki, bunun da 149,8 mln. manatı dövlət investisiyalarının (artım 3,1 dəfə - İF), qalan həcm - 810,5 mln. manat isə (artım 27,4%) özəl sektorun investisiyalarının payına düşüb», - deyə məlumatda bildirilir.
Ötən il respublikada istsmara verilən yaşayış yerlərinin ümumi sahəsi 2 mln. 14,7 min kvadratmetr (artım 20,1%) təşkil edib.
2017-ci ildə Azərbaycan vətəndaşlarının öz vəsaitləri hesabına 11,5 min ev tikilib. Evlərin tikintisi Bakı, Naxçıvan, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Şəmkir, Qazax, Tovuz, Cəlilabad və Sabirabad rayonlarında həyata keçirilib.*
A.Əzizov