“AkkordSənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanda $59,5 mln. ümumi məbləğində iki tenderin qalibi olub. Bu barədə ASC-dən məlumat verilib.
“Akkord” Gürcüstanda $59,5 mln. ümumi məbləğində iki infrastruktur tenderin qalibi oldu. Layihənin sifarişçisi qismində Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti çıxış edir. Layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir”, - məlumatda deyilir.
“Akkord”un məlumatına görə, birinci layihə Samtredia-Qriqolete E60 avtomobil yolunun bir hissəsində qalan işlərin həyata keçirilməsini nəzərdə tutur. 11 km uzunluğunda yolun tikintisinə dair tenderdə Azərbaycan, Gürcüstan, Çin və Türkiyədən 14 şirkəti iştirak edib. “Akkord” 89 mln. lari ($37) tender təklifi ilə qalib elan edilib.
Dziruli-Karaquli-Moliti-Pona-Çumateleti ikinci avtomobil yolunun Moliti-Çumateleti hissəsinin yenidənqurulmasını nəzərdə tutan ikinci layihə üzrə tenderdə Azərbaycan, Gürcüstan, Çin və Türkiyədən 13 şirkəti iştirak edib. “Akkord” bu işləri 54,5 mln. lari ($22,5 mln) səviyyəsində qiymətləndirərək tenderin qalibi olub. **
N.Abbasova