“Azərsu” ASC Gəncə və Şəki şəhərlərində çirkab sutəmizləyici qurğularının (ÇSTQ) layihələndirilməsi, tikintisi və istismarına dair ixtisasuyğunluğunun öncədən müəyyənləşdirilməsi ilə beynəlxalq rəqabətli tender elan edib. Bu barədə ASC-dən tender elanında qeyd olunur.
Tender üzrə işlərin maliyyələşdirilməsi Açıq Kommunal İnfrastruktur Proqramı II çərçivəsində Almaniya İnkişaf Bankının (KfW) krediti hesabına həyata keçiriləcək.
Seçim iki lot üzrə aparılır: Gəncə (Lot 1) və Şəki (Lot 2) şəhərlərində çirkab sutəmizləyici qurğularının (ÇSTQ) layihələndirilməsi, tikintisi və istismarı.
Hər iki ÇSTQ iki mərhələdə tikiləcək. Bu müqaviləyə yalnız 1-ci mərhələnin işləri daxildir.
Birinci mərhələdə 2020-ci il layihə horizonu (təqr. 350.000 əhali ekvivalenti) üçün yalnız mexaniki təmizləyici qurğular tikiləcək. Lakin müvafiq layihədə mexaniki və bioloji/liltəmizləyici qurğu və 2035-ci ilin layihə horizonu üçün 2-ci mərhələ üzrə tələb olunan müddətin uzadılması da nəzərə alınmalıdır. Bu işlərə binaların (məs. inzibati bina, laboratoriya, xidməti bina), ÇSTQ ərazisindəki digər infrastrukturun (məs.: yollar) və Qoşqarçaya gedən təxliyyə kanalının (təqr. 8.1 km) tikintisi daxildir. Tikinti müddəti 18 ay və qüsur bildiriş müddəti 12 ay olmalıdır. İstismar müddəti 12 ay olacaq.
Birinci mərhələdə 2020-ci illayihəhorizonu (təqr. 39.500 əhaliekvivalenti, illik orta layihə axını 8.000 m³/gün) üçün mexaniki və bioloji/lil təmizləyici qurğular tikiləcək. Müvafiq layihədə 2035-ci ilin layihə horizon üçün 2-ci mərhələ üzrə tələb olunan müddətin uzadılması da nəzərə alınmalıdır. İşlərə binaların (məs. inzibatibina, laboratoriya, xidmətibina), ÇSTQ ərazisindəki digər infrastrukturun (məs.: yollar) tikintisi daxildir. Tikinti müddəti 24 ay və qüsur bildiriş müddəti 12 ay olmalıdır. İstismar müddəti 24 ay olacaq
Tender sənədlərinə görə ödəniş haqqı 500 manat (300 ABŞ dolları) təşkil edir. **
N.Abbasova