Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkəti 2018-ci ilin yayında Bakıya uçuşlara başlamağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Bandar Al Muhannaya istinadən “The National” nəşri yazır.
“Bu yay mövsümündə “Flynas” 5 yeni istiqamət üzrə uçuşlara başlanılacaq - Bakı, Tbilisi, Vyana, Afina və Trabzona. Cari həftə biletlərin satışına start verilir”, - nəşr qeyd edir.
B.Al Muhannanın sözlərinə görə, ümumilikdə 2018-ci ildə şirkət sərnişin axınını 2017-ci ildə 6,4 mln. nəfərdən 7,5 mln. nəfərə çatdırmağı nəzərdə tutur.
Bundan əlavə, şirkət bazarın “inkişafı” hesabına gəlirlərin 10% artımını proqnozlaşdırır. **
N.Abbasova