Prezident Miloş Zeman azərbaycanlı həmkarı İlham Əliyevi Çexiyaya səfərə dəvət edib. Bu barədə Azərbaycan dövlət başçısının saytında məlumat verilir.
M.Zeman İ.Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyi münasibətilə təbrik edib.
„Sizin Praqaya səfərinizi gözlədiyimi bildirmək istəyirəm“, - M.Zemanın təbrik məktubunda deyilir.
Həmçinin Çexiya prezidenti əmindir ki, İ.Əliyevin yeni mandatı dövründə Bakı və Praqa mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və yeni layihələrə imza atacaq. **
F.İsazadə