Azərbaycanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının açılışı planlaşdırılır. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
“İki ölkə arasında humanitar əməkdaşlığının inkişafı çərçivəsində Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının açılışı nəzərdə tutulur”, - M.Oreşkin qeyd edib.
Onun sözlərinə görə, yaxın zamanda magistratura təhsil proqramı həyata keçiriləcək - iş bundan sonra başlayacaq. “Bu, ali təhsildən sonra iki il təhsili və əlavə ixtisasa yiyələnməni nəzərdə tutur. Düşünürəm ki, bu proqrama tələbat çoxdur”, - nazir vurğulayıb.
Hazırda Azərbaycanda Rusiyanın iki ali məktəbi - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenovadına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. **
N.Abbasova