Azərbaycanın gömrük orqanları 1 mln. rubl məbləğində xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb”, - məlumatda deyilir.
Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 milyon Rusiya rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. **
N.Abbasova