BMT baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin daha da fəallaşacağına ümid edir. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında məlumat verilir.
A.Quterreş İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.
“BMT uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək”, - deyə baş katibin təbrik məktubunda qeyd olunur.
O, Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu deyib.*
F.İsazadə