CIECO şirkəti Azrbaycandakı nümayəndəlik - CIECO BTC (UK) Limited-in bağlandığını elan edib. Bu barədə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin IV rübündə CIECO Bakı-Tbilis-Ceyhan neft kəmərinin istifadəsi ilə məşğul olan BTC Co şirkətindəki 2,5% payını Amerikanın Exxon Mobil şirkətinə satıb.
“CIECO BTC (UK) Limited-in ləğv olunması ilə əlaqədar 2 ay ərzində kreditorlardan iddialar qəbul edilir”, - şirkətin elanında deyilir.
2015-ci ilin üçüncü rübündə CIECO ABŞ-ın ConocoPhillips şirkətindən BTC neft kəmərindəı 2,5% pay alıb.
Beləliklə hazırda BTC-nin səhmdarları aşağıdakılardır: BP (30.1%); SOCAR (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Total (5.00%), Itochu (3.40%); INPEX (2.50%), ExxonMobil (2.5%) и ONGC (2.36%). **
A.Əzizov