Akademik ZərifəƏliyeva adınaMilli Oftalmologiya Mərkəzi tibb avadanlığı və tikinti materiallarının alınmasına 658 min manatdan artıq vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Mərkəz “Azkond” MMC ilə tibb avadanlığının tədarükünə dair 299,138 min manat məbləğində müqavilə imzalayıb.
O cümlədən, “Sak Engineering” MMC ilə tikinti materiallarının tədarükünə dair 359,488 min manat məbləğində müqavilə imzalanıb. **
B.Rüstəmbəyov