Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 2018-ci ilin iyun ayında Türkiyədə növbədənkənar prezident seçkilərində qələbədən sonra Azərbaycana səfərə dəvət edib.
“Azərbaycan və Türkiyə ən yaxın tərəfdaşdır. Dünən və bu gün türkiyəli həmkarımla danışıqlar apardım. Münasibətlərimizin böyük perspektivləri var. Fürsətdən istifadə edərək R.T.Ərdoğanı Türkiyədə növbədənkənar prezident seçkilərində qələbədən sonra Azərbaycana səfərə dəvət etmək istəyirəm”, - İ.Əliyev Ankarada mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə regionda inkişafı təmin edən birgə iri enerji və nəqliyyat layihələri reallaşdırır.
“Bu gün Türkiyə dünya siyasətində gücdür. Biz Azərbaycanda Türkiyədəki tərəqqi və inkişafı sevinc ilə müşahidə edirik. O cümlədən, Ermənistan-azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Türkiyəyə minnətdarıq”, - prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Türkiyə iqtisadiyyatına Azərbaycanın ümumi investisiyaları$14 mlrd., Türkiyənin Azərbaycana sərmayələri $12 mlrd.-dan artıq həcmdə qiymətləndirilir.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. **
A.Əzizov