Bakı “Zeytun budağı” hərbi əməliyyatında Ankara ilə həmrəyliyini nümayiş etdirdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Türkiyə xalqını “Zeytun budağı” hərbi əməliyyatın uğurla başa çatması münasibətilə təbrik edirəm. Bu məsələdə Azərbaycan xalqı Türkiyə ilə həmrəyliyini nümayiş etdirdi”, - İ.Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Ankarada birgə brifinqdə bildirib.
Azərbaycan prezienti o cümlədən qeyd edib ki, Bakı “terrorçuluğa qarşı mübarizədə hər zaman Ankaranı dəstəkləyib və həmrəyliyini nümayiş etdirib”. **
F.İsazadə