«Bu gün biz preferensial ticarətə dair sazişə daha da yaxınlaşdıq və inanıram ki, bu saziş yaxın vaxtlarda imzalanacaq. Bundan sonra ticarət dövriyyəmiz daha da artacaq», - deyə o, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.Prezident İlham Əliyev yaxın vaxtlarda Türkiyə ilə preferensial ticarətə dair sazişin imzalanmasının planlaşdırıldığını deyib.
R.T.Ərdoğan isə öz növbəsində qeyd edib ki, ticarət əməliyyatlarında milli valyutalara keçid tərəflər üçün vacibdir. “Yaxın gələcəkdə Türkiyə və Azərbaycan yeni birgə layihələr həyata keçirəcəklər. Prioritetlərimizdən biri milli valyutalara keçidlə bağlıdır”, - deyə o diqqətə çatdırıb.*
B.Rüstəmbəyov