Azərbaycan və Türkiyə prezidentləri müdafiə sənayesi sahəsində əməkdaşlığı davam etdirməyə dair razılığa gəliblər.
“Bu gün biz müdafiə sənayesi sahəsində əməkdaşlığı gələcəkdə davam etdirəcəyimizə dair razılığa gəlmişik”, - İ.Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada birgə brifinqdə bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Türkiyədə istehsal olunmuş məhsulların hesabına özünün müdafiə imkanlarını gücləndirir.
“Türkiyə inkişaf edən müdafiə sənayesinə malikdir. Biz həmçinin ən yüksək standartlara cavab verən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına öz ordumuzun təchizatını təmin edirik”, - prezident vurğulayıb.
İ.Əliyev o cümlədən müdafiə sahəsində münasibətlərin uğurlu inişafını qeyd edərək, bildirib ki, tərəflər birgə təlimlər və tədqiqatları davam etdirəcəklər. **
F.İsazadə