2018-ci il iyunun əvvəlində Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması mərasimi keçiriləcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
«İyunun əvvəlində TANAP-ın açılışı olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq”, - deyə o qeyd edib.
Türkiyə prezidenti bildirib ki, yaxın zamanda İzmirdə “Star” neft emalı zavodunun tikintisi başa çatacaq. Sentyabr-oktyar aylarında zavodun işə salınması mərasimi keçiriləcək. “Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”, - deyə R.T.Ərdoğan vurğulayıb.*
N.Abbasova