Türkiyə Dağlıq Qarabağ problemini öz problemi hesab edir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Zeytun budağı” əməliyyatı zamanı Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də, öz növbəmizdə Dağlıq Dağlıq problemini öz problemimiz hesab edirik”, - R.T.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə Ankarada birgə brifinqdə bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulayıb. **
F.İsazadə