"AzerGold" QSC «Bakelektro» ASC ilə Daşkəsən rayonunda yerləşən “Çovdar” filiz emalı sahəsinin elektrik enerjisi ilə təchizatı üzrə işlərin həyata keçirilməsi haqqında müqavilə bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“"AzerGold” «Bakelektro» ASC ilə “Çovdar” filiz emalı sahəsinin elektrik enerjisi ilə təchizatı üzrə işlərin həyata keçirilməsi haqqında müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 2 mln. 340,855 min manat təşkil edir.*
N.Abbasova