“Azərbaycan Hava Yolları” QSC (AZAL) cari ilin yay mövsümündə Bakı-Təl-Əviv marşrutu ilə uçuşların sayını 2-dən 5-dək artıracaq. Bu barədə şirkətdən məlumat verilib.
“AZAL yay mövsümü ilə əlaqədar 10 iyundan 25 oktyabra kimi Bakıdan Təl-Əvivə uçuşların sayını 5-ədək artıracaq”, - məlumatda deyilir.
Qeyd olunan dövrdə həftənin çərşənbə axşamı bir, cümə axşamı və bazar günləri - iki dəfə uçuşlar yerinə yetiriləcək.
Hazırda AZAL Bakıdan Tel-Əvivə həftədə iki dəfə, çərşənbə axşamı və bazar günləri, aviareys həyata keçirir. **
N.Abbasova