Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriRamiz Mehdiyev və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin XIX Beynəlxalq görüşü çərşivəsində görüşüblər. Bu barədə Azərbaycanın rəsmi KİV-i məlumat yayıb.
N.Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putin R.Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb.
Təhlükəsizlik Şurasının katibi mükafatı R.Mehdiyevə təqdim edib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.
R.Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə isə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib.*
F.İsazadə