Berlin siyasi və iqtisadi modernləşmə yolunda Bakıya yardım etməyə hazırdır. Bunu Almaniyanın federal kansleri Angela Merkel deyib.
A.Merkel yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyi münasibətilə İlham Əliyevi təbrik edib
“Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır”, - dövlət başçısının saytında dərc olunan A.Merkelin təbrik məktubunda qeyd olunur. **
F.İsazadə