Bu gün prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər Böyük Britaniyanın baş naziri Tereza Meyin dəvəti ilə baş tutub.
Səfər çərçivəsində prezident İ.Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
“Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib”, - deyə məlumatda bildirilir.*
A.Əzizov