Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır. Bunu Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüş zamanı bəyan edib.
“Hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Azərbaycan prezidenti həmçinin qeyd edib ki, ikitərəfli münasibətlərin “gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir”.
İ.Əliyev cümə axşamı Böyük Britaniyaya səfər edib. **
B.Rüstəmbəyov